breaking news New

Yeni ilin ilk həftəsində 18 nəfər dəm qazından zəhərləndi

 

 Qış mövsümündə əhalinin təbii qaza olan tələbatının artması ilə əlaqədar qaz cihazlarından istifadə zamanı bəzən təhlükəsizlik qaydalarına riayət edilmir. Nəticədə ağır fəsadlar və ölümlə nəticələnən hadisələr baş verir. Yeni ilin ilk həftəsində Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 18 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə daxil olub. Ötən il isə bu səbəbdən xəstəxanaya 151 nəfər müraciət edib. Təəssüf ki, zəhərlənmə zamanı ölüm halları da qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə şöbənin müdiri, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov məlumat verib.

Baş toksikoloq dəm qazından zəhərlənmənin əlamətlərinin başağrısı, gicəllənmə, ürəkbulanma, halsızlıq olduğunu deyib. O bildirib ki, dəm qazından zəhərlənmiş insan dərhal təmiz havaya çıxarılmalı, nəfəs almasını çətinləşdirən geyimlərdən azad edilməli, təcili tibbi yardım çağırmalıdır. Zəhərlənən şəxsin huşu özündə olsa da, xəstəxanaya müraciət edilməsi və mütəxəssis müayinəsindən keçməsi mütləqdir.

A.Maqsudov hər kəsi təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register