breaking news New

Yeni sərəncamla müharibə əlillərinə bu il əlavə 400-dən çox avtomobil veriləcək

Karabin.az Trend.az-a istinadən yazır ki, Prezident İlham Əliyevin imzaladığı 18 mart 2019-cu il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əhalinin, xüsusilə həssas qrupların rifah halının yüksədilməsi istiqamətində növbəti mühüm addımdır.

Sərəncamda qeyd olunan kateqoriyalardan olan vətəndaşların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 (beş) milyon manat ayrılması tapşırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu da 2019-cu ildə həmin insanlara verilməsi üçün əlavə olaraq 400-dən artıq avtomobilin alınmasına imkan verəcək.

Cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə və onlara bərabər tutulanlara nəzərdə tutulduğundan (180 avtomobil) 3 dəfədən çox olmaqla 600-ədək avtomobil təqdim olunacaq.

Ümumilikdə, cari ilin ötən dövründə Prezident cənab İlham Əliyevin imzaladığı sənədlər ölkəmizdə minimum əməkhaqqının və minimum pensiyanın, sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin, həmçinin tələbələrin təqaüdlərinin, məcburi köçkünlərə verilən müavinətlərin, incəsənət işçilərinin əmək haqqının əhəmiyyətli dərəcədə artırılmasına, şəhid ailələri üçün birdəfəlik ödəmənin (11 min manat) verilməsi prosesinin əhatə dairəsinin genişlənməsinə, problemli kreditlərin həllinə, çoxmənzilli binaların sənədləşdirilməsinə xidmət edib ki, bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edərək onların rifahında müsbət dəyişikliklərə imkan verib.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsində atılan bu inqliabi addımlar isə dövlət başçısının “2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır” bəyanatının əməli müstəvidə reallaşdığını təsdiq edir.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register