breaking news New

Yunanıstanlı millionçunun oğlunun törətdiyi yol qəzasında 4 nəfər həlak oldu. (VİDEO)

Karabin.az-ın Ria.ru saytına istinadən verdiyi xəbərə görə, Yunanıstanda ağır yol qəzası baş verib – Porshe avtomobili yüksək sürətlə dayanacaqda durmuş Honda Civic avtomobilinə çırpılıb. Nəticədə 4 nəfər həlak olub, həmçinin 3 yaşlı uşaq.

Porshe-nin sükanı arxasında Jumbo supermarketləri şəbəkəsinin sahibi Apostolos Vakakisin oğlu Yorqos və onun dostu olub.

Qəza şənbə günü, günün ikinci yarısı, Afina – Lamia milli avtomagistralında baş verib. Müşahidə kameralarının görüntülərinə əsasən, Porshe-nin sürücüsü idarəetməni itirib. Avtomobil sürətli magistraldan çıxaraq qıraqda park olunmuş maşına çırpılıb. Toqquşma nəticəsində hər iki avtomobil parçalanıb və alışıb.

Qəzada nəticəsində dayanacaqda durmuş maşınında olan 33 yaşlı qadın və onun 3 yaşlı uşağı, həmçinin  Porshe-də olan sürücü və sərnişin həlak olmuşlar – onlardan biri yanıb, digəri qabaq şüşədən düşərək aldığı xəsarətlərdən yerində ölüb.

Avtomagistralda sürət limiti saatda 120km-dir, lakin kameralardan göründüyü kimi, Porshe daha yüksək sürətlə hərəkət edirdi.

Yorqos Vakakis bir neçə gün bundan öncə Amerikada oxuduğu universitetdən Yunanıstana tətilə gəlmişdi. Millionçu oğlu dostu ilə Delfi şəhərinə yollanırdı. Yorqos Vakakisi atasının sahib olduğu Jumbo şirkətinin varisi adlandırırdılar. Şirkət 80-dən artıq mağaza şəbəkəsini idarə edir, onlardan 52-si Yunanıstandadır. Şirkətin gəliri təkcə 2015-ci ildə 782 million evro təşkil etmişdir.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register